Musiqiçi toydan qayıdarkən faciəvi şəkildə öldü – FOTOLAR

Musiqiçi toydan qayıdarkən faciəvi şəkildə öldü - FOTOLAR

Hadisə nəticəsində həlak olan şəxsin 38 yaşlı Emil Asəf oğlu Əzizov olduğu məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, Salyanın Qarabağlı kənd sakini olan Emil musiqiçi imiş.

O, dünən axşam Ağcabədidə toyda iştirak edib və gecə saatlarında yaşadığı rayona qayıdarkən idarə etdiyi “Mercedes” markalı avtomobillə ağır qəzaya düşüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

musiqici-toydan-qayidarken-facievi-sekilde-oldu

***09:16

Salyan rayonunun Yolüstü kəndində “Mercedes” markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb.

    Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    X X X

    Salyanda baş verən qəzada sürücü avtomobildə yanaraq ölüb.

    Globalinfo.az APA-ya istinadən bildirir ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Əzizov Emil Asəf oğlu saat 04:00 radələrində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya uğrayıb.

    Məlumata görə Ağcabədidən toydan qayıdan E. Əzizovun avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb, sonra isə alışaraq yanıb.

    Nəticədə sürücü avtomobildə yanaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    Salyanda qəzada sürücü avtomobildə yanaraq ölüb - YENİLƏNİB Salyanda qəzada sürücü avtomobildə yanaraq ölüb - YENİLƏNİB Salyanda qəzada sürücü avtomobildə yanaraq ölüb - YENİLƏNİB