Image TG UPB 2 Putins Ambition 0 2

2025-ci ilin əvvəlindən bu günə qədər Rusiya Silahlı Qüvvələri ümumilikdə 219 yaşayış məntəqəsinin hamısını azad edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “RİA Novosti”yə açıqlamasında danışıb.

Dövlət başçısı əməliyyatların planlı şəkildə davam etdirildiyini və Rusiya ordusunun müəyyən olunmuş tapşırıqları ardıcıl şəkildə yerinə yetirdiyini bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya ordusu müxtəlif istiqamətlərdə irəliləyiş əldə edib və bu proses stabil, amma məqsədyönlü şəkildə aparılır.

Prezident vurğulayıb ki, qarşıda duran əsas məqsəd ölkənin təhlükəsizliyini və yeni ərazilərdə yaşayan insanların rifahını təmin etməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: