Rusiyaya ağır zərbə: NATO ölkəsi hazırlıq görür

Rusiyaya ağır zərbə: NATO ölkəsi hazırlıq görür

Danimarka Rusiyadan neft daşıyan gəmilərə qarşı sərt tədbirlər hazırlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiyanın Kopenhagendəki diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.

“Danimarka öz müttəfiqləri ilə birlikdə neft və maye qazın Baltik dənizi vasitəsilə nəqlini çətinləşdirməyə yönəlmiş yeni tədbirlər hazırlayır. Onlara qarşı güc tətbiqi imkanları nəzərdən keçirilir. Artıq xüsusi təyinatlı polis qüvvələri belə mümkün hərəkətləri həyata keçirir”, – deyə bildirilib.

Diplomatlar həmçinin qeyd ediblər ki, Danimarka hakimiyyəti artıq tankerlərə xidmət tələblərini sərtləşdirib:

“Gəmiqayırma zavodlarına Rusiya ilə hər hansı əlaqəsi olan gəmilərə xidmət göstərməyi tamamilə dayandırmaq üçün təzyiq göstərir. “Kölgə donanması” adlandırılan tankerlər bu yeni tədbirlərin hədəfidir”.

Əliyar Xəlil
Globalinfo.az