İran 12 günlük müharibə zamanı İsrailin təlim mərkəzinə endirilən raket zərbələri nəticəsində ölənlərin siyahısını yayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xameneinin baş hərbi müşaviri Yəhya Rəhim Səfəvi deyib.
O bildirib ki, zərbə nəticəsində azı 16 israilli pilot həyatını itirib.
Səfəvinin sözlərinə görə, İsrail tərəfi itkilərin miqyası barədə məlumatların dərcinə icazə verməyib. O, həmçinin qeyd edib ki, İranın bəzi raketlərinin təsir gücü zəlzələyə bənzər dağıntılar yaradaraq 3 kilometr radiusda hər şeyi məhv edib.
Tahir Turan
Globalinfo.az