zeyneb xanlarova

Hazırda “Gülüstan sarayında” Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toy mərasimi keçirilir.

Globalinfo.az-ın məlumatına görə, Zeynəb Xanlarovanın adını daşıyan 25 yaşlı nəvəsi Zeynəb bu gün Tamerlan bəylə ailə qurur.

Toy mərasimində Azərbaycan mədəniyyətinin və siyasi sferasının nüfuzlu simaları iştirak edir.

Mərasimin açılışı tanınmış qiraətçi Xəzər Süleymanlı və Zeynəb Xanlarovanın ifası ilə baş tutub.

Toyu müğənni Xəyyam Nisanov idarə edir.

Gecədə xalq artistləri Eyyub Yaqubov, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan və Əməkdar artist Xəyyam Nisanov səhnəyə çıxıb.

OLAY yazır ki, təşkilatçılığı Seva Sultanın etdiyi gecənin aparıcısı isə Leyla Quliyevadır.

Zeynəb Xanlarovanın nəvəsinin toyudur!

Paylaş: