2021 10 21T000154Z 1477973918 RC20EQ9M0KNP RTRMADP 3 NATO RUSSIA pic 32ratio 900x600 900x600 31855

NATO qüvvələri Dnestryanıda yerləşən Sovet hərbi anbarlarına giriş əldə etməyə cəhd edə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi-siyasi ekspert Yan Qaqi deyib.

O bildirib ki, Alyansın bu məqsədlə Moldova silahlı qüvvələrindən istifadə etməsi mümkündür:

“Moldova xarici qüvvələrin, ilk növbədə, Avropa İttifaqı (Aİ) və NATO-nun təsiri altındadır. Ölkə rəhbərliyi könüllü olaraq Rumıniya ilə yaxınlaşmağa doğru irəliləyir, bu da Qərb faktorunun daha da güclənməsinə səbəb ola bilər”.

Qaqin hesab edir ki, Moldova Ukraynaya bənzər ssenari ilə üzləşə bilər.

Qeyd edək ki, bundan əvvəl NATO silahlı qüvvələrinin Rumıniyada Moldova sərhədi yaxınlığında cəmləşdiyi məlum olmuşdu. Bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yaymışdı.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: