Krıma və ya Rusiyanın daxilinə doğru zərbənin cavabı sürətli, sərt və aydın olacaq.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev deyib.
“Bu halda heç bir danışıqlar olmayacaq, yalnız qisas zərbələri olacaq. Kiyev hakimiyyətinin nəzarətində qalan bütün Ukrayna yanacaq. Əgər Vaşinqton həqiqətən özünün yaratdığı müharibəni bitirmək istəsəydi, bunu bir barmağın hərəkət ilə edə bilər. Amma ABŞ administrasiyası və Konqresdəki qırğılar bunda sadəcə maraqlı deyillər. Bizim cavabımız isə hər cür ola bilər. Qarşımıza heç bir məhdudiyyət qoymuruq. Təhdidin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadəyə hazırıq. Bunu doktrinal sənədlərimiz, o cümlədən nüvə çəkingənliyinin əsaslarına müvafiq olaraq edəcəyik” – deyə o bildirib.
İlkin
Globalinfo.az














