Suriyada Xalq Məclisinə (parlament) seçkilər 2025-ci il oktyabrın 5-nə təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Ali Seçki Komissiyası yayıb.
Bəyanata görə, seçkilər Suriyanın bütün əyalətlərində eyni vaxtda keçiriləcək və bu tarix hicri təqviminə görə 1447-ci il Rəbi əs-Sani ayının 13-ünə təsadüf edir.
Xüsusi olaraq vurğulanıb ki, bu seçkilər keçmiş Prezident Bəşər Əsədin istefasından sonra ilk parlament seçkiləri olacaq.
Xatırladaq ki, Bəşər Əsəd 2024-cü il 8 dekabrda silahlı müxalifət qüvvələrinin Dəməşqə daxil olmasından sonra istefa verərək ölkəni tərk edib.
Tahir Turan
Globalinfo.az