Fevralın 3-də Şirvan şəhərində 32 yaşlı qadını zorlayan iki qardaşa cinayət işi açılıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Şirvan şəhəri ərazisində 1979-cu il təvəllüdlü C.Qurbanov və qardaşı, 1982-ci ildə anadan olmuş E.Qurbanovun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Hüseynovaya seksual xarakterli zorakılıq əməlləri törətməsi müəyyən edilib. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.
Hazrda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Hadisənin necə baş verməsi barədə hələ ki, məlumat verilmir.
Malik
Globalinfo.az