Sentyabrın 16-na keçən gecə İsrail ordusu Qəzza şəhərinə hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Ordu hücumlar zamanı dron və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb.
Məlumata görə, şəhər ciddi və intensiv bombardmana məruz qalıb. Bir çox yaşayış evinin dağıldığı, sakinlərin dağıntılar altında qaldığı bildirilir.
Ölən və yaralananların sayının isə artmaqda olduğu vurğulanır.