Polşanın paytaxtı Varşavada hökumət binalarının üzərində uçan dron məhv edilib.
Globalinfo.az xəbər verir ki, məlumatı Baş nazir Donald Tusk açıqlayıb.
Onun sözlərinə görə, hadisə ilə bağlı Belarus vətəndaşı olan iki nəfər saxlanılıb. Lakin onların insidentlə hansı şəkildə bağlı olduqları hələlik dəqiqləşdirilməyib.
Aysel Əliyeva
Globalinfo.az














