turkiye ermenistan temsilcileri kilic ve rubinyan sinirda bulustu

Türkiyə nümayəndə heyətinin rəhbəri Serdar Kılıç artıq İrəvandadır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Kılıçın hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binasında olduğu bildirilir.

***

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesi üzrə səlahiyyətlisi Serdar Kılıç nümayəndə heyəti ilə birlikdə Ermənistanda səfərdədir. 

Globalinfo.az xəbər verir ki, onu iki ölkənin sərhədində Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə nümayəndə Ruben Rubinyan qarşılayıb.

Məlumata görə, Kılıç Marqara sərhəd-keçid məntəqəsinə gəlib və burada Rubinyanla görüşüb.

Ankara rəsmisi səfərdən az öncə İğdırda jurnalistlərin suallarını cavablandırıb.

Kılıç Ermənistanla sərhədin açılması və regionda kommunikasiyaların bərpası istiqamətində müzakirə aparılacağını, həmçinin əvvəllər əldə olunan razılaşamaların təsdiqlənəcəyini bildirib.

Türkiyə rəsmisi, o cümlədən, Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün vacibliyini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: