resize 12

İran mümkün risklər fonunda neft ixracını sürətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kpler” monitorinq şirkəti məlumat yayıb. Qeyd olunub ki, 15-20 fevral tarixlərində İranın Fars körfəzində yerləşən Xarq adası üzərindən təxminən 20,1 milyon barel neft ixrac edilib.

Bu göstərici yanvarın eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur və gündəlik 3 milyon bareldən artıq həcm deməkdir. Bu isə Tehranın adi gündəlik ixrac səviyyəsini xeyli üstələyir.

Məlumata görə, oxşar dinamika əvvəlki gərginlik dövrlərində də müşahidə olunub. 2024-cü ildə regional gərginliyin artdığı mərhələdə, eləcə də 2025-ci ilin iyununda ABŞ tərəfindən mümkün hava zərbələri ehtimalı gündəmdə olarkən İran limanlarında neftin sürətlə tankerlərə yüklənməsi qeydə alınıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: