972c2051 0adc 3e91 ab4b a76375e9ca81 825

Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç məlumat verib.

Onun sözlərinə görə, Paşinyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının kürsüsünə çıxacaq və natiqlər siyahısında 9-cu olacaq.

Qeyd edək ki, hazırda BMT-nin Nyu-Yorkdakı əsas qərargahında keçiriləcək Baş Assambleyanın “Yüksək Səviyyəli Həftə”sinə ciddi hazırlıqlar gedir.

Dünya liderlərini bir araya gətirən “Yüksək Səviyyəli Həftə” sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya Prezidenti açılış nitqi ilə çıxış edəcək, sonra isə ABŞ Prezidenti Donald Tramp nitq söyləyəcək.

Bu il 80-ci dəfə keçiriləcək “Yüksək Səviyyəli Həftə”də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

Paylaş: