qezza 99

İsrail Müdafiə Ordusu (ÇAXAL) İŞİD qruplaşmasının Qəzza zolağında yüksək vəzifə tutmuş terrorçusunu öldürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

“İŞİD terror təşkilatının Qəzza zolağındakı Fələstin hücrəsinin rəhbəri Məhəmməd Əbdüləziz Əbu Zubeydəni Bureyc bölgəsində məhv edib”, – məlumatda bildirilir.

Məlumata görə, o, terror təşkilatının Qəzza zolağında və Sinay yarımadasındakı fəaliyyətini planlaşdırmaq, siyasət hazırlamaq və həyata keçirməyə nəzarət etmək üçün məsuliyyət daşıyırdı.
9ZQH2AtYPb6mW787SFaj0mi9OkamdaUGIjIt0rSC 640

Paylaş: