Moskva Satira Akademik Teatrının sabiq direktoru Məmmədəli Ağayev dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Globalinfo.az xəbər verir ki, istintaqın məlumatına görə, oğurlanan vəsaitin məbləği 20 milyon rubl təşkil edir.
Məlumatda bildirilib ki, Ağayev saxta müəllif müqavilələri vasitəsilə teatrın kassadan gəlirlərinin 4%-ni alırmış.
Qeyd edək ki, o, Satira Teatrına 1992–2021-ci illərdə rəhbərlik edib.