tehran baki moskva 1 900x523 1

ABŞ-ın “ExxonMobil” neft şirkəti Rusiyanın ən böyük dövlət enerji şirkəti ilə gizli danışıqlar aparıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “The Wall Street Journal” çıxış edib.

Nəşr yazır ki, danışıqlarda Rusiyada bu sahə üzrə biznesin bərpası məsələsi müzakirə olunub. Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşü, iki əldə arasında əməkdaşlıq imkanlarının müzakirəsindən sonra bu addım diqqət çəkir.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Exxon Mobil” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov “Exxon Mobil” şirkətinin dəstəyi ilə ölkədə böyük qeyri-ənənəvi neft yatağının kəşfinin həyata keçirilməsinin mümkün olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: