WhatsApp Image 2025 08 18 at 21.40.32


Xəbər verdiyimiz kimi, Vaşinqtonda ABŞUkrayna prezidentləri – Donald Trampla Vladimir Zelenskinin görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tramp Zelenskini Ağ Evdə qarşılayarkən jurnalistlər ondan ukraynalılara mesajını soruşublar.

Tramp qısa cavab verib:

“Biz onları sevirik”.

Həmçinin Zelenski Trampa Ukraynanın birinci xanımı Yelena Zelenskayanın ABŞ-ın birinci xanımı Melaniya Trampa məktubunu təqdim edib.

“Ukraynanın birinci xanımı bu məktubu verdi. Amma sizə yox – sizin xanımınıza”, – deyə Zelenski zarafatla bildirib və bu, gülüşə səbəb olub.

IMG 20250818 WA0045

Paylaş: