bicaqlanma

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az  Oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 17-də saat 1 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində qeydə alınıb.

Şəhər sakini, 45 yaşlı Hafis Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 55 yaşlı Rəhim Vəliyevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: