Saatlıdan şok görüntülər: narkotik becərmək üçün… – VİDEO

Saatlıdan şok görüntülər: narkotik becərmək üçün... - VİDEO

Saatlı rayonunun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Rüstəm Əliverdiyev saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Globalinfo.az-a verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.