dfdd

“Bakıkart”ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb.

***17:57

Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.az-a sərnişinlər məlumat verib.

Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərində yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Paylaş: