
İsrailin ötən gecə Qəzza zolağının şimalında yerləşən Əl-Şifa xəstəxanası yaxınlığına endirdiyi zərbələr nəticəsində “Əl-Cəzirə” telekanalının iki jurnalisti ölüb.
Globalinfo.az xəbər verir ki, kanalın müxbir qurupunun yerləşdiyi çadırın hədəfə alındığı bildirilir.
Məlumata görə, jurnalistlər Ənəs Camal Əl-Şərif və Məhəmməd Quraika ilə birlikdə olan 3 fotomüxbir də həyatını itirib.
Həmin anın görüntülərinin qeyd alındığı iddia edilir:
Ayşən Mustafa
Globalinfo.az