Ermənistan parlamentinin sədri Alen Simonyan sülhə və gələcəyə ümid dolu mesaj verib.
Globalinfo.az xəbər verir ki, o, müharibənin sona çatacağını, uşaqların təhlükəsiz olacağını və bölgədəki yolların, sərhədlərin açılacağını bildirib.
Simonyan Ermənistanın daha da müstəqil və güclü dövlətə çevriləcəyini deyib:
“İqtisadiyyatımız inkişaf edəcək, hər gün dövlətimizin suverenliyi və müstəqilliyi artır. Bizim gələcəyimiz parlaqdır. Sülh yaşasın! Həmişə arzuladığımız Gerçək Ermənistan Respublikası reallığa çevriləcək”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə görüş keçirəcək.
Tahir Turan
Globalinfo.az