Gədəbəydə ölümlə nəticələnən qəzanın təfərrüatı: İstirahətdən qayıdarkən… – FOTOLAR/YENİLƏNDİ

Gədəbəydə ölümlə nəticələnən qəzanın təfərrüatı: İstirahətdən qayıdarkən... - FOTOLAR/YENİLƏNDİ

03.08.2025-ci il tarixində saat 18:45 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın cinsli olmaqla) Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Xəsarət alanlardan biri azyaşlıdır.

Globalinfo.az xəbər verir ki, bu haqda TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin olunub.

İlkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

İxtisaslı tibbi xidmətin göstərilməsi üçün 3 nəfər Abbas Səhhət adına Gəncə Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

***21:59

Gədəbəy rayonunun Şahdağ kəndində qeydə alınan ağır hadisənin qəzanın təfərrüatları bəlli olub.

Globalinfo.az xəbər verir ki, hadisədə həyatını itirən və yaralanan şəxslər yaylaqdan istirahətdən qayıdırlarmış.

Yolda qəzaya düşən “KİA” markalı avtomobillə yanaşı “Niva” və daha bir avtomobil də olub. Sürücülər bir-birini ötüb kecməyə çalışıblar. Bu zaman “KİA” markalı maşın dərəyə aşıb.

Qəza zamanı 1973-cü il təvəllüdlü Asəf Tapdıqov, 1991-ci il təvəllüdlü Azadə Məmmədov hadisə yerində vəfat edib. Qəzada sürücü 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, sərnişinlər 4 yaşlı Renat Məmmədov və 5 yaşlı Amil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

***19:42

Gədəbəy rayonunda yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Globalinfo.az reporta-a istinadən xəbər verir ki, “Kia” markalı avtomobilin aşması nəticəsində Azər Tapdıqov və Azadə Məmmədova hadisə yerində ölüblər.

Qəzada Vüsal Məmmədov və daha bir qadın müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, avtomobil dərəyə aşıb. Faktla bağlı araşdırma başlanılıb.

***19:18

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, rayonun Şahdağ kəndində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər ölüb.

Faktla bağlı araşdırma başlanılıb.

Gədəbəydə ölümlə nəticələnən qəzanın təfərrüatı: İstirahətdən qayıdarkən... - FOTOLAR/YENİLƏNDİ
Gədəbəydə ölümlə nəticələnən qəzanın təfərrüatı: İstirahətdən qayıdarkən... - FOTOLAR/YENİLƏNDİ