ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin təhdidləri fonunda Amerikanın Rusiya ilə mümkün nüvə müharibəsinə tam hazır olduğunu bildirib.
“Medvedev nüvə silahları haqqında danışmağa başladı və söhbət nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Və biz tam hazırıq”, – Tramp vurğulayıb.
Tramp əlavə edib ki, o, amerikalıları qorumaq üçün Medvedevin bəyanatlarına cavab olaraq strateji əhəmiyyətli regionlarda nüvə sualtı qayıqlarının yerləşdirilməsi əmrini verib.
“Biz ehtiyatlı olmalıyıq. Təhdid edilib, biz bunun məqsədəuyğun olduğuna inanmırıq. Mən bunu insanların təhlükəsizliyi üçün etmişəm”, – ABŞ prezidenti qeyd edib.
22:02
ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin yüksək təxribat xarakterli bəyanatlarına cavab olaraq, iki nüvə sualtı qayığını müvafiq bölgələrə yerləşdirməyi əmr edib.
Globalinfo.az xəbər verir ki, Tramp bunları deyib:
“Ehtiyatsız və qızışdırıcı bəyanatların sözdən daha artıq olduğunu düşünərək, müvafiq bölgələrə iki nüvə sualtı qayığının yerləşdirilməsini əmr etmişəm. Çünki sözlər önəmlidir və əməli tətbiqi mümkündür”, – Tramp vurğulayıb.
Bundan əvvəl Amerika lideri Medvedevi “uğursuz şəxs” adlandırıb və ona sözlərinə diqqət etməyi məsləhət görüb.
Əliyar Xəlil