Gürcüstanda təcili bərpa işlərindən sonra Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, iyulun 24-də Şimali Qafqaz – Cənubi Qafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Gürcüstanda müvəqqəti olaraq dayandırılan təbii qazın Ermənistana verilməsi bu gün bərpa edilib.