imamoglu 1

Türkiyə polisi İstanbul meri Əkrəm İmamoğlu barəsində korrupsiya ilə bağlı başladılan araşdırma çərçivəsində daha bir əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, saxlanılan şübhəlilərin sayı 34-ə çatıb.

“47 ünvanda keçirilən əməliyyatda 7 şübhəli qaçaq şəxs qismində axtarışa verilib”, – deyə bildirilib.

Qeyd edək ki, Ə.İmamoğlu İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı başladılan korrupsiya ilə bağlı araşdırma zamanı mart ayında həbs edilmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: