“Macarıstan Avropa İttifaqının (Aİ) qaz alışına qadağa qoyacağı təqdirdə Rusiya ilə həll yollarını axtarmağa hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Sijarto TASS-a müsahibəsində deyib.
Nazir qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2025) Rusiyanın ən iri enerji şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
“Beləliklə, həll yolu tapılmalı olacaq, əks halda Macarıstanın tədarükünün təhlükəsizliyi risk altındadır”, – deyə Peter bildirib.
Qeyd edək ki, Avropa rəsmiləri və biznes nümayəndələri Avropa Komissiyasının mövcud müqavilələr çərçivəsində Rusiyadan boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz idxalını qadağan etmək planını həyata keçirmək üçün yol axtarırlar.
Onlar bu planı 2027-ci ilin sonuna qədər tətbiq etmək istəyirlər.
Əliyar Xəlil
Globalinfo.az














