Azərbaycan Mərkəzi Bankı (AMB) neft və qaz qiymətlərinə dair proqnozları açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında təqdim edib.
Məlumata görə, 2025-ci ilin sonunda neftin bir barelinin 68,6 dollar, qazın isə min kubmetr üçün 299 dollar olacağı təxmin edilir.
2026-cı ildə isə neftin qiymətinin 64,6 dollar, qazın qiymətinin isə 290 dollar səviyyəsində qalacağı proqnozlaşdırılır.
Ləman İmran
Globalinfo.az