ABŞ Rusiyanın neft gəlirlərinə zərbə vurmaq üçün ikinci dərəcəli sanksiyalara ehtiyac duymur.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat paylaşıb.
Bildirilir ki, ABŞ Rusiya neft ixracatına qarşı daha effektiv tədbirlər görmək üçün ikinci dərəcəli sanksiyalardan istifadəyə ehtiyac duymur.
Agentliyin təhlilinə görə, bu məqsədə çatmaq üçün Hindistanı Rusiya neftinin alışını azaltmağa, Səudiyyə Ərəbistanını isə hasilatı artırmağa inandırmaq daha məqsədəuyğun sayılır.
Bu, qlobal qiymət artımının qarşısını almaq üçün də vacibdir.
Bununla yanaşı, Rusiyaya məxsus “kölgə donanması”na qarşı sanksiyaların sərtləşdirilməsi və ixrac qiymətinin bir barel üçün 40 dollara qədər aşağı salınması tövsiyə olunur.
Məqalədə qeyd olunur ki, Hindistan və Türkiyə ABŞ-ın bu istiqamətdə əsas hədəf ölkələridir. Onlara təzyiq isə daha çox təşviqlər və güzəştlərlə (“pryanik” siyasəti ilə) həyata keçirilməlidir, təhdidlərə üstünlük verilməməlidir.
“Reuters” hesab edir ki, bu cür yanaşma Kremlin hərbi büdcəsinə ciddi zərbə vura, müharibənin sonunu sürətləndirə bilər. Xüsusilə də əgər Avropa İttifaqı dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya silah yardımı göstərməyə başlasa, bu addım atılacaq.
Əliyar Xəlil