Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsində qeydə alınıb.
Məlumata görə, Asif Muxtarov adlı şəxs dənizdə çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır.