upload 2024 02 10T180346Z 1122261744 RC29Y5ASPLQ6 RTRMADP 3 ISRAEL PALESTINIANS GAZA EMBED pic4 zoom 1500x1500 30801

İsrail ordusu Qəzza zolağının şimalında “terrorçu tunel”i partladıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Cəbəliyyə bölgəsində istehkamçılar təxminən 20 metr dərinlikdə ümumi uzunluğu 2,7 km olan yeraltı terror tunelləri şəbəkəsini aşkar edərək məhv ediblər”, – deyə bildirilib.

Qeyd olunub ki, İsrail hərbçiləri artıq yüzlərlə terrorçu hədəfin məhv edildiyi, çoxlu silah-sursatın aşkar edildiyi və onlarla terrorçunun məhv edildiyi bölgədə quru əməliyyatını genişləndirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: