İran və Rusiya Xəzər dənizində 3 günlük təlim keçirəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Moskva və Tehran iyulun 21-də Xəzər dənizində “CASAREX 2025” hərbi təlimlərə başlayacaq. Bu təlimlər İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə baş tutacaq. Məqsəd dəniz təhlükəsizliyini və Xəzəryanı ölkələrin donanmaları arasında əməkdaşlıq səviyyəsini artırmaqdır”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az