873565 src

Moldova Mərkəzi Seçki Komissiyası müxalifətdəki “Pobeda” blokunun sentyabrın 28-nə təyin edilən parlament seçkilərində iştirakına icazə verməyib.

Globalinfo.az xəbər verir ki, qərar komissiyanın iclasında qəbul edilib.

““Pobeda” blokunun iyulun 14-də MSK-ya təqdim edilən qeydiyyatı ilə bağlı müraciət rədd edilsin”, – MSK sədrinin müavini Pavel Postike deyib.

MSK-nın 9 üzvündən 6-sı qeydiyyatdan imtinanın lehinə səs verib, üçü isə bitərəf qalıb.

“Pobeda – Qələbə” bloku 2024-cü ilin aprelində Moskvada yaradılan və Moldovada fəaliyyət göstərən rusiyayönlü müxalif siyasi koalisiyadır. Koalisiyanın yaradıcısı və rəhbəri Moldovada istintaq altında olan, lakin Rusiyaya qaçaraq orada vətəndaşlıq alan İlan Şordur. “Pobeda” blokunun əsas ideyası Avrasiyaya inteqrasiya və Aİİ-yə qoşulmaq, Rusiya ilə birlik elan etməkdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: