ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdinin yeni təfərrüatları açıqlanıb.
Globalinfo.az xəbər verir ki, adı və soyadı açıqlanmayan bir hadisə şahidi 2024-cü ilin iyulunda Batlerdə keçirilən seçki kampaniyası zamanı baş verənlərdən danışıb.
“RİA Novosti” agentliyinin məlumatına görə, şahid bir neçə atəş açan şəxsin olduğunu güman edib:
“Bəli, orada idim – ön cərgədə. Prezident Tramp düz mənim qarşımda idi, aramızda yalnız hasar var idi. Pillələrə tərəf çevriləndə yanağında, sonra qulağında qan gördüm. Mənim sıramda heç kim yerindən tərpənmədi, biz özümüz üçün qorxmadıq, prezidentimiz üçün oradaydıq”.
Qeyd edək ki, D.Trampa sui-qəsd 2024-cü il iyulun 13-də baş verib.
Əliyar Xəlil
Globalinfo.az