1752084776447789366 1200x630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlanıb, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliyimizlə bağlı geniş müzakirələrin aparıldığı qeyd olunub.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və bu istiqamətdə perspektiv layihələr müzakirə edilib.

SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirilib.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunulub və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.

Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb.

Görüşün sonunda dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

17520847766163663705 1200x630 17520847764693857394 1200x630 1752084776590940164 1200x630 1  17520847766232040499 1200x630 17520847771015561651 1200x630 17520847773461827367 1200x630 1752084777451352851 1200x630 1752084777580814675 1200x630 17520847773936529091 1200x630 17520847773597451115 1200x630 17520847773744713961 1200x630 17520847775463743590 1200x630 1752084777393444675 1200x630 17520850253232646305 1200x630 1752084777512425670 1200x630 1

Paylaş: