Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.
Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.














