Rusiya Silahlı Qüvvələri Zaporojya istiqamətindəki Kamenskoye kəndinin mərkəzində rus bayrağı qaldırıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya İctimai Palatasının Suverenlik Məsələləri üzrə Komissiyasının sədri və Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov məlumat verib.
O, həmçinin bildirib ki, rus qoşunları Zaporojya vilayətinin Plavni kəndinin kənarında döyüşür. Bu qəsəbə Kamenskoye ilə Ukrayna ordusunun nəzarətində olan Stepnoqorsk kəndi arasında yerləşir.
İyulun 6-da Rusiya təhlükəsizlik güclərindəki mənbə bildirib ki, Ukraynanın Zaporojya şəhərinin hakimiyyət orqanları Rusiya ordusunun cəbhədəki uğurları fonunda əhalinin məcburi təxliyəsini elan edə bilər.
Tahir Turan