Cüdoçumuz Avropa ikincisi oldu

Cüdoçumuz Avropa ikincisi oldu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Globalinfo.az xəbər verir ki, yarışın ikinci – sonuncu günündə milli komandamızın bir üzvü fəxri kürsüyə yüksəlib. Yüz kiloqram çəki dərəcəsində çıxış edən Davud Namazlı gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.