Ermənistana yeni konstitusiya lazımdır – Paşinyan

Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

“Konstitusiya məsələsi “Real Ermənistan” ideologiyası ilə birbaşa əlaqəlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə deyib.

Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib:

“Onun konkret məqsədi olmalı, Ermənistan Respublikasında artıq mövcud olan reallığı ifadə etməlidir. Yeni Konstitusiya xalqın iradəsi ilə qəbul olunmalıdır. Artıq anlamalıyıq ki, vətən və dövlət anlayışı eyni deyil”.

Əliyar Xəlil
Globalinfo.az