“Ukrayna böyük plana hazırlaşır” – Orbandan xəbərdarlıq

"Ukrayna böyük plana hazırlaşır" - Orbandan xəbərdarlıq

Ukrayna 2026-cı il seçkilərinə təsir etmək üçün Macarıstanda kəşfiyyat xidmətlərini yerləşdirib”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Onlar gələn il keçiriləcək parlament seçkilərinə təsir etmək və Kiyev üçün əlverişli olan hökuməti hakimiyyətə gətirmək üçün bunu edirlər. Həmçinin bu ölkədə daha bir böyük partiyanın yaradılması planı hazırlanıb. Bu partiya seçkilərdə qalib gəlməli və sonra  Brüsseldə qəbul edilən qərarları həyata keçirməlidir “, – o bildirib.

Qeyd edək ki, iyunun 26-da Macarıstan Avropa İttifaqının (Aİ) sammitində Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başlamaq qərarına mane olub.

Əliyar Xəlil
Globalinfo.az