moldova

Moldovada hakimiyyət çevrilişi ilə bağlı narahatlıqlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qələbə” blokunun lideri İlan Şor danışıb.

O, hökumətin Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsula qarşı ittihamlar fonunda sosial partlayışdan qorxduğunu bildirib:

“İdarəçilər xalq etirazlarından ölümcül qorxurlar. Yaxşı başa düşürlər ki, belə bir şey onları isti kreslolarından yerə yıxa bilər”, – İlan vurğulayıb.

Qeyd edək ki, Y.Qutsul martın 25-də Kişinyov hava limanında saxlanılıb. O, muxtariyyətdə 2023-cü il seçkiləri üçün seçki fondlarının idarə edilməsi prosedurunu pozmaqda ittiham olunub. İyulun 1-də Moldova prokurorları Qaqauziya rəhbərinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: