X sosial şəbəkəsində PROBLEM: Minlərlə istifadəçi şikayətçidir

X sosial şəbəkəsində PROBLEM: Minlərlə istifadəçi şikayətçidir

Bir neçə ölkədən olan istifadəçilər X sosial şəbəkəsində yaranan problemlərdən şikayətləniblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Downdetector xidmətinin hesabatında bildirilib.

Məlumata görə, ABŞ-da 16 minə yaxın istifadəçi şəbəkədə problem olduğunu deyib.

İstifadəçilərin 52%-i proqramdakı nasazlıqlardan, 42%-i şəbəkənin özündən, 6%-i isə serverlərə qoşulmaq çətinliyindən şikayət edib.

Downdetector-un məlumatına görə, sosial şəbəkənin fəaliyyətində fasilələr Braziliya, Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Polşa, Fransa və Yaponiyada da qeydə alınıb. Böyük Britaniyada şikayətlərin sayı 5 mini, Yaponiyada isə 4200-ü keçib.

Əliyar Xəlil
Globalinfo.az