ABŞ Prezidenti Donald Trampa Ukraynaya yardımın davam etdirilməsi variantlarını təklif ediləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Pentaqonun müdafiə nazirinin müşaviri Elbric Kolbi Ukraynaya silah satışını dayandırmaq qərarına münasibət bildirməkdən imtina etdi. Lakin o bildirdi ki, Pentaqon Ağ Ev rəhbərinə variantları təqdim edəcək”- deyə nəşr yazıb.
Kolbinin fikrincə, bu variantlar Trampın müharibəni bitirmək məqsədinə uyğun olacaq.
Digər tərəfdən, Ağ Evin bu addımı bəzi ekspertləri çaşdırıb:
“D.Tramp iyunun sonunda NATO sammitində ABŞ-ın Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri satmağı nəzərdən keçirəcəyini deyib. Amma Vaşinqton iyulun 2-də Ukraynaya mühüm “Patriot” ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb”.
Əliyar Xəlil
Globalinfo.az