6627fe5f6f3496627fe5f6f34a17138970556627fe5f6f3476627fe5f6f348

13 il müddətinə azadlıqdan məhrum edilən müdafiə nazirinin müavini Timur İvanovun vəikli onun cəzasından apellyasiya şikayəti vermək qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” təqsirləndirilən şəxsin vəkili Murad Musayevə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, o, “Bəli, təbii ki, müraciət edəcəyik” – deyib.

Qeyd edək ki, müdafiə nazirinin keçmiş müavini Timur İvanov 13 il müddətinə azadlıqdan məhrum edilib.

O,  İnterkommerts bankından 3,9 milyard rubldan çox vəsaitin çıxarılması zamanı mənimsəmə ilə bağlı ilk cinayət işində təqsirli bilinib. İvanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. O, həmçinin 100 milyon rubl cərimələnib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: