İsrail və İrana sülh çağırışı – G7 nazirlərindən ortaq bəyanat

İsrail və İrana sülh çağırışı – G7 nazirlərindən ortaq bəyanat

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri birgə bəyanatla çıxış edərək İran və İsraili bölgədəki gərginliyi azaltmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Tehran əsassız uran zənginləşdirmə fəaliyyətindən çəkinməlidir. G7 nümayəndələri bu addımın regionda sabitliyə ciddi təhlükə yaratdığını bildiriblər.

Nazirlər əlavə ediblər ki, Yaxın Şərqdə gərginliyin artması qlobal təhlükəsizlik və sabitliyə mənfi təsir göstərir və tərəflər məsuliyyətli davranmalıdır.

Aysel Əliyeva
Globalinfo.az