“Sinqapurun Fələstini tanıması yalnız zaman məsələsidir”.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Vivian Balakrişnan deyib.
“Bizim bugünkü mövqeyimiz Fələstini tanıyıb-tanımamaq deyil, bunu nə vaxt etməkdir. Biz müvafiq şəraitin yaranmasını gözləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 21-də Britaniya hökuməti Fələstini ayrıca dövlət kimi rəsmən tanıyıb. Kanada, Avstraliya və Portuqaliya da oxşar qərar qəbul edib.
Əliyar Xəlil
Globalinfo.az