ABŞ Prezidenti Donald Trampın NATO-nun Haaqa sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətinin detalları bəlli olub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Ali Radanın deputatı Aleksandr Dubinski danışıb.
“Tramp Zelenskiyə açıq şəkildə deyib ki, ABŞ bundan sonra Ukraynaya kömək etməyəcək. Ağ Ev lideri fikrində qətidir. O, Zelenskiyə yardım əli uzatmaq niyyətində deyil ”, – 0 bildirib.
Qeyd edək ki, Tramp və Zelenski arasında görüş iyunun 25-də NATO sammiti çərçivəsində baş tutub. Liderlər arasında söhbət 50 dəqiqəyə yaxın davam edib.
Əliyar Xəlil
Globalinfo.az