Ukrayna Prezidenti Volodimir Zelenski Moskva və Kiyev arasında baş tutan növbəti əsir mübadiləsi barədə paylaşım edib.
Globalinfo.az xəbər verir ki, prezident bu mərhələdə Ukraynanın Silahlı Qüvvələri, Milli Qvardiya və Dövlət Sərhəd Xidməti hərbçilərinin azad edildiyini açıqlayıb.
O, hər bir döyüşçünün axtarışının davam etdiyini, hər bir soyadın dəqiqliklə yoxlanıldığını və bütün əsirlərin vətənə qaytarılacağını qeyd edib.
“Biz hər bir döyüşçünü evə qaytarmaq üçün əlimizdən gələni edirik. Hər bir şəxsə nəzarət edirik, hər bir məlumatı dəqiqliklə yoxlayırıq. Biz hamımızı evimizə qaytarmalıyıq. Bu işdə bizə kömək edən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski vurğulayıb.
*** 18:07
Rusiya ilə Ukrayna arasında İstanbul razılaşmaları çərçivəsində növbəti əsir mübadiləsi həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir qrup rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri qarşı tərəfə təhvil verilib.
Aysel Əliyeva
Globalinfo.az














