ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlının qardaşı Muradxan Orduxanlı vəfat edib.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi deyilir. Muradxan Orduxanlı Birinci Qarabağ müharibəsi qazisi olub. O, 1992-ci ildə Ağdərənin azad edilməsində və başqa hərbi əməliyyatlarda fəal iştirak edib.
Ailəsindən Globalinfo.az-a verilən məlumata görə, mərhumun 3-7 mərasimi iyul ayının 1-də Mehdiabad qəsəbəsində yerləşən “Məkan” mərasim evində keçiriləcək.
Allah rəhmət eləsin.